"Real" Ardanın qolu ilə çempionluq ümidini saxladı

"Real" Ardanın qolu ilə çempionluq ümidini saxladı

Futbol üzrə İspaniya La Liqasında 33-cü turun oyunları davam edir. Çempionluq yolunda mübarizə aparan "Real Madrid” klubu səfərdə “Xetafe”nin qonağı olub. “Coliseum Alfonso Perez” stadionunda baş tutan qarşılaşma Madrid təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -0:1.
Görüşün taleyini 21-ci dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gulerin vurduğu baxımlı qol həll edib.
Qeyd edək ki, bu qələbə ilə “Real Madrid” klubu aktivindəki xalların sayını 72-yə çatdıraraq ikinci pillədə qərarlaşıb. "Kral klubu" lider "Barselona"dan dörd xal geri qalır.