"Betis" müdafiəçi ilə yeni müqavilə bağlayıb

"Betis" müdafiəçi ilə yeni müqavilə bağlayıb

La liqa təmsilçisi "Betis" müdafiəçi Mark Bartra ilə müqavilənin müddətini artırıb. Klubun rəsmi saytında verilən xəbərə görə, 34 yaşlı ispaniyalı futbolçu 2027-ci ilə qədər klubun formasını geyinəcəək. Qeyd edək ki, Bartra bütün yarışlarda 29 matçda iştirak edib və 3 qol vurub.