Fransızlar yayda pəncərəni iki dəfə açacaqlar 

Fransızlar yayda pəncərəni iki dəfə açacaqlar 

Bu il Fransada transfer pəncərəsi iki dəfə açılacaq. Fransa Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi məlumata görə, rəhbərlik bu qərarı təsdiqləyib. Bu addım FİFA klublararası dünya çempionatının iştirakçısı olan  PSJ-nin zərurət yarandığı təqdirdə turnir başlamazdan əvvəl yeni oyunçularını qeydiyyatdan keçirə bilməsi üçün atılıb. Əlavə transfer pəncərəsi iyunun 1-dən 10-dək davam edəcək. Dünya çempionatı isə iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Ənənəvi transfer pəncərələrinə gəlincə - pəncərəsi 16 iyun-1 sentyabr, qış isə 2026-cı il yanvarın 1-dən fevralın 2-dək açılaaq.