"Əl-Hilal"dan sambaçı üçün fantastik təklif

"Əl-Hilal"dan sambaçı üçün fantastik təklif

"Barselona"nın hücumçusu Rafinya gələn yay Kataloniya klubundan ayrılaraq, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçə bilər.

Sport.es xəbər verir ki, "Əl-Hilal" Rafinyaya hər mövsüm 50 milyon olmaqla, bütövlükdə 200 milyon dollarlıq müqavilə təklif edir.

Qeyd edək ki, brazilyalı futbolçu 2022-ci ildə "Barselona"ya "Lids"dən keçib. Bu mövsüm 28 yaşlı forvard 49 matçda 30 qol vurub və 23 məhsuldar ötürmə müəllifi olub.