Səkkizqat Olimpiya çempionunun rekordu yeniləndi

Səkkizqat Olimpiya çempionunun rekordu yeniləndi

31 yaşlı cənubi afrikalı sprinter Akani Simbine əfsanəvi Useyn Boltun rekordunu yeniləyib. O, 11 mövsüm ardıcıl olaraq 100 metr məsafəni 10 saniyədən az vaxta qət edib. Yamaykalı səkkizqat Olimpiya çempionunun karyerasında 10 mövsümün rəqəmləri Simbinedən sonra dəyişib.

Qeyd edək ki, Simbinenin 100 metr məsafəyə qaçışda ən yaxşı nəticəsi 9,82 saniyədir.   O, bu göstərici ilə Paris-2024-də dördüncü yeri tutub. Dünya rekordu isə əvvəlki kimi Bolta məxsusdur - 9,58 saniyə.

Məlumat üçün bildirək ki, "Dünyanın ən sürətli adamı" karyerasını 2017-ci ilin yayında başa vurub.