"Milan" futbolçusunu geri çağırır

"Milan" futbolçusunu geri çağırır

"Qalatasaray"da icarə əsasında çıxış edən mərkəz hücumçusu Alvaro Morata yenidən İtaliyaya qayıtmaq istəyir. Bu ilin fevralında "Milan"dan Türkiyə komandasına icarəyə verilən 32 yaşlı ispaniyalı futbolçu müqaviləsi 2026-cı ilin yanvarına qədər qüvvədədir. Morata Türkiyədə bütün turnirlərdə on matçda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə müəllifi olub.