Bir müddət əvvəl pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən "Nyukasl"ın baş məşqçisi Eddi Hau yenidən öz iş yerinə qayıdıb. Məlumatı "sağsağanlar"ın mətbuat xidməti yayıb. Qeyd edək ki, "Nyukasl" hazırda İngiltərə Premyer Liqasında, 33-cü turdan sonra 59 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Onlar aprelin 26-da doğma meydanda "İpsviç"i qəbul edəcək.
Baş məşqçi "sağsağanlar"ın yanına qayıtdı
