Futbolçu gizləndi, oğrular ailə  üzvlərini girov götürdü

Futbolçu gizləndi, oğrular ailə  üzvlərini girov götürdü

Ekvadorlu futbolçu Cekson Rodriqezin həyat yoldaşı və beş yaşlı uşağı naməlum şəkildə qaçırılıb. Associated Press xəbər verir ki, hadisə çərşənbə günü baş verib. Quayaquil şəhərində baş verən hadisə iləb ğalı danışan polis rəisi qeyd edib ki, «Emeleç» klubunun 26 yaşlı müdafiəçisi əsas qapının qırıldığını eşidəndə çarpayının altında gizlənib. Cinayətkarlar Rodriqezin həyat yoldaşını və uşağını tapıb, özləri ilə aparıblar. Rodriqes qeyd edib ki, evə daxil olanlar boz rəngli pikapla aradan çıxıblar. 

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Ekvador hakimiyyəti ölkəni bürümüş zorakılıq dalğasının qarşısını almaq üçün fövqəladə vəziyyət elan edib.