Misli Premyer Liqası: Bu gün XXXII tura start verilir

Misli Premyer Liqası: Bu gün XXXII tura start verilir

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXII turun oyunlarına start veriləcək.

"Olimpnews.az" xəbər verir ki, turun açılış oyununda “Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.  Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Hazırda “Turan Tovuz” 48 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır. “Şamaxı” isə 34 xalla yeddincidir. 

Oyuna Kamal Umudlunun başçılıq etdiyi hakim briqadası rəhbərlik edəcək. VAR sisteminə Nicat İsmayıllı nəzarət edəcək.

Qeyd edək ki, XXXII tura aprelin 28-də yekun vurulacaq.