İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisius ilə yeni müqavilə barədə yayılan xəbərlər futbolçunun agenti tərəfindən təkzib edilib.
"Olimpnews.az" xəbər verir ki, bəzi mənbələrə görə, Vinisiusa mövsüm üçün 15-20 milyon avro maaş təklif edilsə də "sambaçı" bu məbləğlə razılaşmayıb. Braziliyalı futbolçu klub rəhbərliyindən 30 milyon avro tələb edib. Bu vəziyyət, tərəflər arasında razılığın əldə edilməməsinə səbəb olub.
Əgər Vinisius klubdan ayrılarsa, "Real Madrid" rəhbərliyi Erlinq Haalandın transferi üçün danışıqlara başlamağı planlaşdırır.