"Tottenhem" səhvini başa düşüb

"Tottenhem" səhvini başa düşüb

Londonun "Tottenhem" klubu argentinalı Maurisio Poçettinonu yenidən kluba gətirmək istəyir. Klub rəhbərliyi hazırda bu barədə planlar üzərində işləyir. Çünki "Tottenhem" hazırda Ange Postekoqlunun rəhbərliyi altında Premyer Liqada 33 turdan sonra cəmi 37 xalla  və 16-cı yerdədir. 

Məlumat üçün bildirək ki, Poçettino 2014-cü ildən 2019-cu ilə qədər London təmsilçisinin sükanı arxasında olub. Sonradan PSJ və "Çelsi"də çalışıb. O, hazırda ABŞ milli komandasına rəhbərlik edir.