“Azərreyl” kişilər arasında da çempion oldu

“Azərreyl” kişilər arasında da çempion oldu

Kişi voleybolçular arasında Yüksək Liqada mövsümün qalibi müəyyənləşib. 
“Olimpnews.az” xəbər verir ki, aprelin 25-də Milli Gimnastika Arenasında keçirilən final mərhələsinin ikinci qarşılaşmasında “Murov Az Terminal” üzərində əzmkar qələbə qazanan “Azərreyl” komandası çempionluğunu rəsmiləşdirib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final mərhələsinin ilk oyununda rəqibinə set vermədən - 3:0 hesabı ilə qalib gələn "Azərreyl"ə həlledici oyunda iki set də kifayət edirdi. 
Qarşılaşma boyu üstünlüyü əldən verməyən “Azərreyl” ilk iki setdə qələbə qazandığından (25:20, 25:22) çempion adına layiq görülüb. 
Beləliklə, qadın voleybolçularının ardınca “Azərreyl”in kişilərdən ibarət komandası da mövsümü zirvədə başa vuraraq klub üçün uğurlu mövsümə yekun vurub.