Kişi voleybolçular arasında Yüksək Liqada mövsümə yekun vurulub. Aprelin 25-də Milli Gimnastika Arenasında keçirilən final mərhələsinin ikinci oyununda da “Azərreyl” “Murov Az Terminal”ı məğlub edib -3:1.
İlk qarşılaşmada rəqibinə 3:0 hesabı ilə qalib gələn “Azərreyl” bu nəticədən sonra ikinci görüşdə iki set qazanmaqla belə çempion olacaqdı. Gərgin idman mübarizəsi şəraitində keçən cavab oyununda da üstünlüyünü göstərən komanda mövsümə çempionluqla başa vurub.
Qeyd edək ki, turnirin bürünc medallarına isə “Xilasedici” komandası layiq görülüb.
“Azərreyl” finalın ikinci oyununda da "Murov Az Terminal"dan üstün oldu
