Cəlilabad məktəbliləri şəhidlərin xatirəsinə həsr olunan yarışda qüvvəsini sınadı

Cəlilabad məktəbliləri şəhidlərin xatirəsinə həsr olunan yarışda qüvvəsini sınadı

Cəlilabad rayonunda "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə məktəbli oğlanlar arasında rayon  turnirinə yekun vurulub. Şəhər 9 saylı tam orta məktəbin idman zalında keçirilən  və 10 komandanın iştirak etdiyi turnirdə  birinci yeri Uzuntəpə kənd 1 saylı  tam orta məktəbin komandası qazanıb. Xəlilabad kənd tam orta məktəbin komandası ikinci, Həziabad kənd tam orta məktəbin komandası isə üçüncü  yeri tutub. Qalib komandalar yarışın təşkilatçısı Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən  kubok, diplom və medallarla təltif olunublar.