"Qarabağ" Premyer Liqada 12-ci dəfə çempion oldu

"Qarabağ" Premyer Liqada 12-ci dəfə çempion oldu

"Qarabağ" klubu Misli Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. XXXII turda səfərdə "Sabah"la qarşılaşan Ağdam təmsilçisi 1:1 hesablı heç-heçə edib. "Bank Respublika Arena"da baş tutan görüşdə Redon Cica penalti ilə "Qarabağ"ı önə çıxarıb (42-ci dəqiqə), Boyan Letiç isə hesabı bərabərləşdirib (73-cü dəqiqə).

Bu nəticə ilə xallarını 77-yə çatdıran "köhlən atlar" Premyer Liqada 12-ci çempionluğunu bayram edib. "Sabah" isə 40 xalla beşinci pillədə qərarlaşıb.