Masallıda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirildi

Masallıda "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirildi

Masallı şəhərində, Nizami Gəncəvi adına xatirə parkında "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi idman tədbiri təşkil olunub. Tədbir çərçivəsində güləş, taekvondo, kəndirlə mübarizə və yerindən uzununa tullanma idman növləri üzrə yarışlar keçirilib.

Rayonda sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədilə təşkil edilən tədbir şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb. İdman tədbirinə 50 nəfər idmançı və 60 nəfər şəhər sakini qatılıb.

Qeyd edək ki, Masallıda, eləcə də bölgənin digər rayonlarında keçirilən bütün tədbirlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.