Bu gün futbol üzrə Misli Premyer Liqasında 32-ci turun oyunlarına yekun vurulacaq. Turun bağlanış oyunu saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” və “Neftçi” komandaları arasında olacaq.
Oyunun baş hakimi FİFA referisi Fərid Hacıyev olacaq.
Qeyd edək ki, hər iki komanda turnir cədvəlinin qonşu pillələrində qərarlaşır. Belə ki, “Neftçi” 35 xalla 7-ci, “Sumqayıt” isə 29 xalla 8-cidir.
Misli Premyer Liqası: Tura Sumqayıtda yekun vurulacaq
