Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyunu İngiltərə təmsilçisi “Arsenal” və Fransanın PSJ komandaları arasında olacaq. Londondakı "Emirates" stadionunda keçiriləcək və gərgin mübarizə vəd edən oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Topçular"ın heyətində zədə səbəbindən Jorjinyo, Uayt, Rikkardo Kalafiori, Qabriel Maqalyaeş, Qabriel Xesus, Kay Haverts, Takehiro Tomiyasu və Tomas Partey bu görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, mərhələnin digər oyunu sabah "Barselona" və "İnter" komandaları arasında olacaq.
Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır
