"Borussiya" Çempionlar Liqasına vəsiqə qazanmasa…

"Borussiya" Çempionlar Liqasına vəsiqə qazanmasa…

Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobel «Çelsi»nin maraq dairəsinə düşüb. BILD xəbər verir ki, Almaniya klubu növbəti mövsümdə UEFA Çempionlar Liqasına vəsiqə qazanmasa qapıçının Dortmundda qalma ehtimalı azalacaq. Dortmund "Borussiya"sı isveçrəli qapaçı üçün ən azı 60 milyon avro qiymət məbləğ tələb edəcək.

Qeyd edək ki, bu mövsüm Kobel bütün turnirlərdə 44 oyun keçirib və 65 qol buraxıb.