İspaniyanın "Barselona" klubunun rəhbərliyi "Bayer"in müdafiəçisi Alexandro Qrimaldonu transfer etmək niyyətindədir.
Olimpnews.az xəbər verir ki, Klubun idman direktoru Deko futbolçunun çıxışını yüksək qiymətləndirib və onunla bağlı danışıqlara başlamaq qərarına gəlinib. Almaniya təmsilçisi 28 yaşlı sol cinah müdafiəçisi üçün 30-40 milyon avro aralığında məbləğ tələb edir.