İtaliyanın “Sport 24h” idman saytı Bakı-2015-dən yazdı

İtaliyanın “Sport 24h” idman saytı Bakı-2015-dən yazdı

İtaliyanın "Sport 24h” idman saytı tarixdə ilk dəfə 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə dərc edib. 
Məqalədə Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Azərbaycanın "Bakı - 2015” Avropa Oyunlarına ev sahiblik edəcəyi qərarının təsadüfi olmadığı bildirilir.  Azərbaycan idmanı Avropa Olimpiya hərəkatının ayrılmaz bir hissəsi olduğunu bildirən müəllif Avropa Oyunlarının Bakıda keçirilməsinin və bu yarışda müxtəlif xalqların bir araya gəlməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Məqalədə vurğulanır ki, Azərbaycanda idman, gənclər, mədəniyyət və digər sahələr daim diqqət mərkəzindədir. Məhz bu səbəbdən Bakıda Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə aparılır. Yazıda, həmçinin Avropa Oyunları üzrə Təşkilat Komitəsinin yarışda qeyri-olimpiya idman növü olan karatenin "Bakı - 2015” Oyunlarının proqramına salınması qərarı yüksək qiymətləndirilib.