"Qoca Sinyora"nın zədəli futbolçuya ehtiyacı var  

"Qoca Sinyora"nın zədəli futbolçuya ehtiyacı var  

"Yuventus" polşalı hücumçusu Arkadiuş Milik "Qoca Sinyora" ilə müqaviləsini artırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, futbolçu ilə yeni müqavilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq.

Məlumat üçün bildirək ki, Milik 2024-cü il iyunun 7-də Polşa-Ukrayna yığmaları arasında keçirilən yoldaşlıq oyununda (3:1) dizindən aldığı zədə səbəbindən bu mövsüm heç bir matçda iştirak etməyib.