Çempionlar liqası: "Barselona" - "İnter" oyununda qalib müəyyənləşmədi

Çempionlar liqası: "Barselona" - "İnter" oyununda qalib müəyyənləşmədi

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. 
Olimpnews.az xəbər verir ki, mərhələnin ikinci oyununda "Barselona" və "İnter" komandaları üz-üzə gəlib. İspaniyada təşkil olunan oyunda qalib müəyyənləşməyib. Oyun 3:3 hesablı bərabərlikə başa çatıb. 
Komandalar arasında növbəti oyun mayın 6-da İtaliyada baş tutacaq. 
Xatırladaq ki, ötən gün keçirilən ilk oyunda Fransanın PSJ klubu ilk oyunda səfərdə "Arsenal" klubuna 1:0 hesabı ilə qalib gəlib.