Avropa Liqasında yarımfinal həyəcanı başlayır

Avropa Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək. 
Olimpnews.az xəbər verir ki, günün hər iki oyunu saat 23:00-da başlayacaq. İngiltərə təmsilçisi “Tottenhem” doğma meydanda Norveçin “Budyo Qlimt” klubu ilə qarşılaşacaq. Oyunun baş hakimi ispaniyalı referi Juan Sançes olacaq. 
Günün digər qarşılaşmasında isə İspaniyanın “Atletik Bilbao” klubu ilə İngiltərənin “Mançester Yunayted” klubları üz-üzə gələcək. 
Bilbaodakı “San Mames” stadionundakı oyunun baş hakimi isə norveçli Espen Eskas olacaq.