İspaniyanın “Barselona” klubunun gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqası tarixində yeni rekorda imza atıb.
Olimpnews.az xəbər verir ki, mərakeş əsilli futbolçu ötən gün İtaliyanın “İnter” klubu ilə oyunun 24-cü dəqiqəsində qol vurmaqla bu uğura nail olub. Belə ki, 17 yaş 291 günlük olan Yamal Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc futbolçu adına sahib olub.
Xatırladaq ki, bu göstərici daha əvvəl fransalı hücumçu Kilian Mbappeyə məxsus idi.
Lamin Yamaldan Çempionlar Liqasında tarixi rekord
