Rodriqo “Real”dan ayrılmaq istəyir

Rodriqo “Real”dan ayrılmaq istəyir

Madrid «Real»ının hücumçusu Rodriqo yayda klubu tərk edə bilər. Braziliyalı futbolçu qeyd edib ki, o Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqemlə ilə eyni komandaya uyğunlaşa bilmir. "Marca" xəbər verir ki, “Qızıl top” və “Ən yaxşı futbolçu” mükafatlarına namizəd göstərilməməsi braziliyalını bu qərarı verməyə məcbur edib. Cari İspaniya çempionatında Rodriqo 30 oyun keçirib, altı qol vurub və altı məhsuldar ötürmə edib.