Soçi olimpiadasında ölkəmiz dörd idmançı ilə təmsil olunacaq

Soçi olimpiadasında ölkəmiz dörd idmançı ilə təmsil olunacaq

Fevralın 4-də Azərbaycan milli komandası Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Rusiyaya yollanacaq.
Olimpiya oyunlarının açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Azərbaycan qış Olimpiya oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz hər olimpiadada daha çox idmançı ilə təmsil olunur. Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı 4 idmançı təmsil edəcək. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər Patrik Braxner və Qaya Bassani Antivaridir.
Soçi Qış Olimpiya Oyunları fevralın 7-dən 23-dək davam edəcək.