25 il sonra yenidən görüşəcəklər

25 il sonra yenidən görüşəcəklər

“Fiorentina” və “Mançester Yunayted” son görüşlərindən 25 il sonra yenidən meydanda qarşılaşacaqlar. Həmin yoldaşlıq görüşü həm Premyer Liqa, həm də İtaliya A Seriyasında yeni mövsümlərin başlamasına az qalmış, yəni avqustun 9-da “Old Trafford”da təşkil olunacaq. Xatırladaq ki, bu klublar sonuncu dəfə Çempionlar Liqasının 1999/2000-ci il mövsümündə üz-üzə gəliblər. Hər iki  matçda Qabriel Batistuta “bənövşəyilər”ə qələbə qazandıran qolun müəllifi olmuşdu.