Bu gün futbol üzrə Misli Premyer Liqasında 33-cü turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun açılış matçında "Zirə" və "Turan Tovuz" komandaları üz-üzə gələcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Oyunun baş hakimi Rəvan Rəvan Həmzəzadə olacaq.
Qeyd edək ki, "Zirə" 32 oyundan sonra 62 xalla ikinci, "Turan Tovuz" isə 49 xalla dördüncüdür.
Turun digər oyunları mayın 3-4-də keçiriləcək.
Misli Premyer Liqasında 33-cü tura start verilir
