Fevralın 1-2-də İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş güləş üzrə 32-ci beynəlxalq turnir keçiriləcək.
Ahmet Cömert İdman Salonunda keçiriləcək turnirdə yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası da iştirak edəcək.
Turnirdə 10 pəhləvanımız birincilik uğrunda mübarizə aparacaq. Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.
Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98, fevralın 2-də isə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.