Portuqaliyalı mütəxəssis Xorxe Xesus Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi postundan kənarlaşdırılıb.
Olimpnews.az xəbər verir ki, Asiya Çempionlar Liqasında uğursuz çıxışdan sonra kulub rəhbərliyi 70 yaşlı mütəxəssislə yollarını ayırıb. Belə ki, turnirin yarımfinalında “Əl-Hilal” “Əl-Əhli”yə 1:3 hesabı ilə uduzaraq, mübarizədən kənarda qalıb.
Qeyd edək ki, Xorxe Xesus rəhbərliyi altında komanda ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu və Kral Kubokunun qalibi olub. Ölkə çempionatının cari mövsümündə “Əl-Hilal” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
"Əl-Hilal" rəhbərliyi güzəştə getmədi
