"Barselona"nın 17 yaşlı ulduzu Lamine Yamalın atası olan Munir Nəsraui Madrid "Real"nın azarkeşlərinə müraciət edib.
Olimpnews.az xəbər verir ki, o, azarkeşlərə oğluna hörmətlə yanaşmağı xahiş edib. "Lamin təkcə "Barselona"da oynamır. O, həm də milli komandanın üzvüdür. Belə gənc yaşda klubda 100 oyun keçirmiş oğlana bu qədər amansız olmayın. İnsanların onun haqqında pis söz deməsini bir ata kimi qəbul edə bilmirəm. "Barsa" azarkeşləri "Real"ın gənc istedadlarını təhqir etmirlər axı" - deyə Diario nəşri Munirin Nəsrauidən sitat gətirib.
Qeyd edək ki, İspaniya çempionatının oyunçusu 6 qol vurub və 12 məhsuldar ötürmə edib.
"Lamin təkcə "Barselona"da oynamır”
