"Mançester Siti"nin hücumçusu Erlinq Haaland artıq məşqlərə qoşulub.
Olimpnews.az xəbər verir ki, bu ilin aprel ayında sol topuğundan zədələnən norveçli futbolçu özünü yaxşı hiss edir. Qeyd edək ki, Haaland bu mövsüm "şəhərlilər"in heyətində 40 oyun keçirib, 30 qol vuraraq və 4 məhsuldar ötürmə müəllifi olub.