"Zirə" klubu futbol üzrə Misli Premyer Liqasının gümüş medallarını təmin edib.
Olimpnews.az xəbər verir ki, qəsəbə təmsilçisi bu uğura bu gün Premyer Liqanın 33-cü turu çərçivəsində "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlməklə nail olub. Oyunda vurulan yeganə qolun müəllifi 48-ci dəqiqədə fərqlənən qvineyalı Salifu Suma olub.
Gümüş medalları təmin edən "Zirə" klubu qələbə sayəsində xallarının sayını 67-yə çatdırıb. "Turan Tovuz" isə 49 xalla dördüncüdür.
"Zirə" Misli Premyer Liqasının gümüş medallarını təmin etdi
