Bu gün Türkiyənin İstanbul şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku turnirinə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda 31 ölkədən 505 (341 oğlan, 164 qız) cüdoçu qüvvəsini sınayır.
Komandamız İstanbul sınağında 13 çəki dərəcəsində 38 cüdoçu (28 oğlan, 10 qız) ilə təmsil olunacaq.
Qitə yarışına mayın 4-də yekun vurulacaq.
Cüdoçularımız üçün yeni sınaq
