Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII turun oyunları keçirilib.
Olimpnews.az xəbər verir ki, günün ilk oyunu Şamaxı şəhər stadionunda baş tutub. Baş hakim Elçin Məsiyevin idarə etdiyi oyunda “Şamaxı” və “Səbail” komandaları üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Meydan sahiblərinin heyətində 33-cü dəqiqədə Alfons Msanqa fərqlənib. Qonaqların bərabərlik qolunun müəllifi isə 67-ci dəqiqədə rəqib qapısına yol tapan, Rüfət Abdullazadə olub.
Bu nəticə ilə “Şamaxı” 36 xalla 6-cı, “Səbail” isə 22 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
Misli Premyer Liqası: "Şamaxı" - "Səbail" oyununda qalib müəyyənləşmədi
