Misli Premyer Liqası: Günün son oyunu da sülhlə başa çatdı

Misli Premyer Liqası: Günün son oyunu da sülhlə başa çatdı

Futbol üzrə Misli Premyer Liqasında ikinci yarış gününə yekun vurulub.

Olimpnew.az xəbər verir ki, günün son oyununda “Araz-Naxçıvan” “Sabah”la qarşılaşıb. Liv Bona Dea Arenada təşkil olunan oyunda tərəflər hərəyə bir dəfə fərqləniblər -1:1. Meydan sahiblərinin heyətində Ülvi İsgəndərovun 20-ci dəqiqədə vurduğu qola qonaqlar 43-cü dəqiqədə Vinsent Tillin zərbəsi ilə cavab verib.

Bu nəticədən sonra hər iki komanda aktivinə bir xal yazdırıb. Hazırda Naxçıvan təmsilçisi 55 xalla üçüncü, “Sabah” isə 41 xalla beşincidir.