"Arsenal" və "Real" arasında böyük transfer dəyişikliyi gözlənilir

"Arsenal" və "Real" arasında böyük transfer dəyişikliyi gözlənilir

İngiltərənin "Arsenal" və İspaniyanın "Real Madrid" klubları arasında transfer dəyişikliyi ola bilər. Olimpnews.az xəbər verir ki, London təmsilçisi Uilyam Salibanın Madrid klubuna transferinə yalnız bir şərtlə razılıq verəcək. Belə ki, əvəzində Aurelyen Tçouameni "topçular"ın heyətinə cəlb olunmalıdır. 
Xatırladaq ki, həm Saliba, həm də Tçouameni Fransa millisinin əsas heyət üzvlərindəndir.