Qubada yeniyetmə cüdoçular arasında Avropa Kuboku həyəcanı başlayıb.
Olimpnews.az-ın Qubaya ezam olunan əməkdaşı xəbər verir ki, 16 çəki dərəcəsində fəxri mükafatlar uğrunda mübarizədə Azərbaycan idmançıları da qüvvələrini sınayırlar.
Qeyd edək ki, ölkəmiz qitə yarışında böyük heyətlə - 141 (100 oğlan, 41 qız) yeniyetmə idmançı ilə təmsil olunur.
Avropa Kuboku həyəcanı başladı - FOTO



