"Böyük Dəbilqə": Bu gün daha iki cüdoçumuz mübarizəyə başlayır 

"Böyük Dəbilqə": Bu gün daha iki cüdoçumuz mübarizəyə başlayır 

Bu gün cüdo üzrə "Böyük Dəbilqə" turnirində ikinci yarış gününə start veriləcək. 
Olimpnews.az xəbər verir ki, yarışların ikinci günündə daha iki cüdoçumuz tatami üzərinə çıxacaq. 
-73 kq çəki dərəcəsində Vüsal Qələndərzadə 1/8 final mərhələsində Çin təmsilçisi Yunlonq Qou ilə Qazaxıstandan olan Anqsarbek Qaynullin arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.
Komandamızın digər üzvü Süleyman Şükürov (-81 kq) isə 1/8 finalda monqolustalı Batsuqar Qansuxla üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün komandamızın üzvü Balabəy Ağayev (-60 kq) qızıl medala layiq görülüb. 
Qeyd edək ki, turnirə mayın 4-də yekun vurulacaq.