Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII turun oyunlarına yekun vurulacaq.
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə azarkeşlər daha iki qarşılaşma izləyəcəklər. Günün ilk qarşılaşması "Azərsun Arena"da baş tutacaq. Çempionluğu təmin edən "Qarabağ" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Oyunun start fiti saat 18:00-da səslənəcək. Ağdam təmsilçisi 32 oyundan sonra 77 xalla birinci, "Sumqayıt" isə 30 xalla 8-cidir.
Günün və turun son oyunu "Neftçi" və "Kəpəz" komandaları arasında oynanılacaq. Saat 20:00-da başlayacaq oyun "Neftçi Arena"da təşkil olunacaq. "Ağ-qaralar" 32 turdan sonra 36 xalla turnir cədvəlinin yeddinci, "Kəpəz" isə 29 xalla doqquzuncu pilləsində yer alıb.