Şpaqaçımız İtaliyada çempion adını qazandı

Şpaqaçımız İtaliyada çempion adını qazandı



İtaliyanın Terni şəhərində qılıncoynatmanın şpaqa növü üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan təmsilçisi, beynəlxalq dərəcəli idman ustası, "Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvü Yuliya Nelyubova qadınlar arasında yarışın baş mükafatının sahibi olub. O, finalda İtaliya idmançısı Lavinia Bonessioya qalib gəlib.