Məktəblilər arasında voleybol turniri keçirilib

Məktəblilər arasında voleybol turniri keçirilib

Masallıda voleybol idman növü üzrə rayon turniri keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş turnirdə Masallı rayon tam orta ümumtəhsil məktəblərinin komandaları yarışıblar.
Masallı Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 7 məktəb komafndası olmaqla 80 nəfər idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən oyunda birinci yeri Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbi qazanıb. İkinci yerə Türkoba kənd S.Vurğun adına tam orta məktəbi, üçüncü yerə isə Qodman kənd C.Kazımov adına tam orta məktəbin komandası layiq görülüb.
Qalib komandalar turnirin təşkilatçısı olan Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kubok və diplomları ilə təltif ediliblər.