"Bavariya" 34-cü, Harri Keyn isə ilk çempionluğunu qazandı

"Bavariya" 34-cü, Harri Keyn isə ilk çempionluğunu qazandı

Almaniya Bundesliqasında çempionun adına aydınlıq gəlib.

Olimpnews.az xəbər verir ki, bundesliqanın XXXII turunda "Bayer Leverkuzen"in "Frayburq" səfərində xal itirməsi (2:2) Münhen klubunun çempionluğunu vaxtından əvvəl qeyd etməsi ilə nəticələnib.

Bu, "Bavariya"nın 34-cü Bundesliqa çempionluğu olub. Eyni zamanda komandanın heyətində çıxış edən Harri Keyn və Erik Dayer karyeralarının ilk kubokunu qzanıblar.