Türkiyə Superliqasında XXXIV turun oyunlar derbi ilə yadda qalıb.
Olimpnews.az xəbər verir ki, turun əsas oyunu "Fənərbağça" və "Beşiktaş" komandaları arasında olub.
Oyunun taleyini bir qol həll edib. Qarşılaşmada vurulan yeganə qolun müəllifi "Beşiktaş"ın futbolçusu Fernandeş olub. Onun 44-cü dəqiqədə vurduğu qol komandasına qələbə qazandırıb.
"Fənərbağça" klubu məğlubiyyətdən sonra 75 xalla lider "Qalatasaray"dan 8 xal geri qalır. "Beşiktaş" isə 55 xalla dördüncü pillədə qərarlaşıb.