Taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında milli komandamızın üzvləri Türkiyəyə yola düşüblər.
Olimpnews.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, təmsilçilərimiz 4-16 may tarixlərində Türkiyənin Çanaqqala şəhərində Türkiyə yığma komandası ilə birliktə təlim-məşq toplanışında iştirak edəcək.
Təlim-məşqin ardından taekvondoçularımız mayın 16-da Prezident Kubokunda iştirak etmək üçün Bolqarıstanın Sofiya şəhərinə yola düşəcək.
Yarışda ölkəmizi 15 idmançı (11 kişi, 4 qadın) təmsil edəcək.