Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan və “Küləyə qalib gəl” devizi ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.
Olimpnews.az xəbər verir ki, marağında kişilər arasında mübarizədə finiş xəttini birinci Türkiyə təmsilçisi Atac Sezgin keçib. Rusiyalı idmançı Vitali Şafar ikinci, digər türkiyəli atlet Murat Emekdar isə üçüncü olub.
Qadın iştirakçılar arasında isə marafonun qalibi adını Ukraynadan olan Natalya Semenoviç qazanıb. Azərbaycan idmançısı Anna Yusupova ikinci pillədə yer alıb. Üçüncü yeri isə yaponiyalı Eriko Soma tutub.
Qaliblər medal və pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, builki marafona rekord sayda - təxminən 28 min iştirakçı qeydiyyatdan keçib.
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi
