"Milan"dan sonra "Flamenqo"?

"Milan"dan sonra "Flamenqo"?

İtaliyanın "Milan" klubunda icarə əsasında çıxış edən portuqaliyalı forvard Joa Feliks karyerasını "Flamenqo"da davam etdirə bilər.

"Olimpnews.az"-ın məlumatına görə, bu barədə X sosial şəbəkəsində jurnalist Vene Kasaqrande məlumat verib. Mənbənin sözlərinə görə, “qırmızı-qaralar” artıq bu transferlə bağlı danışıqlar aparır.

Qeyd edək ki, Feliks müqavilə ilə "Çelsi"yə məxsusdur. Potuqaliyalı futbolçu bu mövsüm "Milan"ın forması ilə 36 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.