Xabi Alonsonun mövsümün sonunda "Bayer" klubunu tərk edəcəyi ehtimalları hər ötən gün bir qədər də artır.
"Olimpnews.az" xəbər verir ki, bundestim təmsilçisi artıq almaniyalı baş məşqçinin yerinə əvəzedici də tapıb. Klub rəhbərliyi Alonsonu Madrid "Real"ının keçmiş futbolçusu Alvaro Aebeloa ilə əvəzləməyi düşünür.
Qeyd edək ki, Aebeloa hazırda "Real Madrid"in U-19 komandasının baş məşqçisidir. Onu da əlavə edək ki, Xabi Alonso "Kral Klubu"nun baş məşqçi postuna əsas namizədlərdən biri hesab edilir.
"Bayer" Xabi Alonsonun yerinə elə "Real"dan əvəzedici tapdı
