Buzadırmanma yarışının birinci mərhələsi yekunlaşıb

Buzadırmanma yarışının birinci mərhələsi yekunlaşıb


Fevralın 1-2-də Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buzadırmanma üzrə açıq Azərbaycan çempionatının ilk mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən təşkil edilən çempionatın təsnifat-seçim yarışları beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun keçirilib. Yarışın ilk iki günündə FAİREX-in nəzdində fəaliyyət göstərən "Climb-club”, "Rock stone”, "EXTRALİFE”, Azərbaycan Turizm İnstitutunun "AMEAST”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik” komandaları , Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universiteti və Qərb Universitetinin idman klubları, eləcə də Qusarın "Salavat”, "Qusar”, "Zirvə”, Qaxın "Extremal” komandalarını təmsil edən idmançılar növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparıblar.
Şaxtalı hava şəraitinə baxmayaraq, idmançılar yüksək iradə və ustalıq nümayiş etdiriblər. Onların arasında təsnifat-seçim mərhələsini uğurla keçənlər final - çətinlik və sürət mərhələsinə vəsiqə qazanıblar.
Çempionatın final mərhələsi fevralın 8-9-da keçiriləcək.